Dünya · Bakupost.az

“İki toyuq bəs edər” dedi: Yetim gəlinin istəyi Əlcəzairi ayağa qaldırdı- VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İki toyuq bəs edər” dedi: Yetim gəlinin istəyi Əlcəzairi ayağa qaldırdı- VİDEO xəbəri üçün şəkil

Əlcəzairin Ain Defla vilayətində toyuna bir həftə qalmış valideynsiz qalan yetim gəlinin təvazökar istəyi ölkə miqyasında böyük həmrəylik dalğasına səbəb olub.
“Bakupost” yerli mediaya istinadən xəbər verir ki, ehtiyacları soruşulduqda gənc qız “Toy süfrəsi üçün iki toyuq bəs edər, təki halallıq olsun” cavabını verib.
İctimai aktivist Həmid Fradjın gənc qızın vəziyyəti ilə bağlı çəkdiyi videonun sosial şəbəkələrdə yayılmasından sonra ölkə əhalisi və xeyriyyəçilər səfərbər olublar. Gəlinin evi qısa müddətdə mebel və məişət əşyaları ilə təmin olunub, zərgərlərdən biri ona qızıl dəsti hədiyyə edib, başqa bir xeyriyyəçi isə hər ay 50 min Əlcəzair dinarı məbləğində aylıq təqaüd ayırıb.
Motosiklet karvanı və ənənəvi musiqilərin müşayiəti ilə təşkil olunan möhtəşəm toy mərasimi ilə gənc qız bəy evinə yola salınıb.
Bilal,BakuPost


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑