Dünya · Banker.az

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq xəbəri üçün şəkil

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.

O qeyd edib ki, son dövrlərdə Türkiyədə siqaretdən istifadə səviyyəsində artım müşahidə olunur.

Nazirin sözlərinə görə, Türkiyədə ölüm hallarının təxminən 60 faizinə səbəb olan xəstəliklərin əsas amillərindən biri tütün istifadəsidir. Kemal Memişoğlu əlavə edib ki, Türkiyədə əhalinin təxminən 33 faizi, yəni hər üç nəfərdən biri tütün istifadə edir. Nazir həmçinin Türkiyənin dünyada siqaret istifadəsinin səviyyəsinə görə ikinci yerdə olduğunu iddia edib.

Onun sözlərinə görə, qanun layihəsinin bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi planlaşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑