Dünya · Trend.az

Aİ Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq xəbəri üçün şəkil

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib.

“Ukrayna bu həftə Avropa Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə Aİ Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.

O əlavə edib ki, Aİ tezliklə Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı danışıqların iki yeni istiqaməti üzrə məsləhətləşmələrə başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑