Dünya · Trend.az

Enerji qiymətlərinin artımının Ukraynaya aidiyyəti yoxdur - Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Enerji qiymətlərinin artımının Ukraynaya aidiyyəti yoxdur - Zelenski xəbəri üçün şəkil

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini dayandırmaq üçün effektiv yol tapa bilmədiyindən diqqəti Kiyevə yönəldərək Ukraynaya təzyiq göstərdiyini bildirib.

Zelenski bu barədə “ABC News” telekanalına müsahibəsində danışıb.

“Onlar Putini necə dayandıracaqlarını müəyyən edə bilmirlər. Dizel yanacağının qiymətlərindən danışmaq və bunun məsuliyyətini Ukraynanın üzərinə qoymaq isə daha asandır”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Onun sözlərinə görə, dünya bazarında neftin və neft məhsullarının qiymətinin yüksəlməsi, əsasən, Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazının blokadaya alınması ilə əlaqədardır.

Zelenski enerji daşıyıcılarının bahalaşmasının səbəblərinin hamıya məlum olduğunu vurğulayaraq, qiymət artımını Ukraynanın fəaliyyəti ilə əlaqələndirmək cəhdlərini əsassız hesab etdiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑