Dünya · Publika.az

Ukraynada Rusiya hücumları nəticəsində 6 nəfər öldü - 9 yaralı var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada Rusiya hücumları nəticəsində 6 nəfər öldü - 9 yaralı var xəbəri üçün şəkil

Ukraynanın Xarkov və İvano-Frankivsk vilayətlərinə Rusiya tərəfindən endirilən raket və dron zərbələri nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Xarkov şəhərinin ətrafına raket zərbəsi zamanı ərzaq mağazasında yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar arasında 3 uşaq var.

İvano-Frankivskə dron hücumu nəticəsində isə əvvəlcə 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib. Daha sonra yaralı şəxs xəstəxanada vəfat edib. Şəhərdə mülki infrastruktura ziyan dəyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑