Dünya · Azxeber.com

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir xəbəri üçün şəkil
Avropa İttifaqı (Aİ) Rusiyadan gələn turistlər üçün viza qaydalarını sərtləşdirməyi planlaşdırır.
"Politico” xəbər verir ki, Avropa Komissiyası bununla bağlı təklifi 2027-ci ilin əvvəlində təqdim edəcək.
Məqsəd hibrid təhdidlərə qarşı təhlükəsizliyi gücləndirməkdir.
Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner üzv dövlətləri Rusiya vətəndaşlarına daha az viza verməyə çağırıb. Polşa, İsveç və Estoniya da daxil olmaqla, bir sıra ölkələr keçmiş rusiyalı hərbçilər üçün də daha sərt qaydaların tətbiqini tələb edir.
Ötən il Rusiya vətəndaşlarına təxminən 478 min Şengen vizası verilib. 2022-ci ildən əvvəl bu göstərici ildə 4 milyona yaxın olub.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑