Dünya · Konkret.az

Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub | KONKRET xəbəri üçün şəkil

Ukraynanın Xarkov və İvano-Frankivsk vilayətlərinə Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri məlumat veriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, oktyabrın 11-də axşam saatlarında Rusiya qüvvələri Xarkov şəhərinin ətrafına raket zərbəsi endirib. Raket ərzaq mağazasının binasına düşüb və ərazidə yanğın baş verib. Yanğın 300 kvadratmetr sahədə lokallaşdırılıb. Mağazanın binasına, 5 avtomobilə, 2 çoxmənzilli yaşayış binasına və 1 fərdi evə ziyan dəyib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar arasında 3 uşaq da var.

Bundan başqa, İvano-Frankivsk şəhəri də Rusiya dronlarının hücumuna məruz qalıb. Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişukun məlumatına görə, ilkin olaraq 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilmişdi.

Daha sonra yaralı xəstəxanada vəfat edib və nəticədə ölənlərin sayı 3 nəfərə çatıb. İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv mülki infrastruktura ziyan dəydiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑