Bakı. Trend:
Amerika texnologiya şirkətlərinə, o cümlədən “Starlink” şirkətinə qarşı proteksionist tədbirlər tətbiq edəcəyi təqdirdə, Avropa İttifaqı (Aİ) ABŞ-nin dağıdıcı cavabı ilə üzləşə bilər.
Bu barədə “Financial Times” (FT) qəzeti ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Endryu Pazderə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Brüssel ehtiyatlı davranmalı və Amerika bazarının miqyasını nəzərə alaraq Vaşinqtonun mümkün sərt cavabını diqqətdə saxlamalıdır.
“Əgər məqsəd ABŞ-ın rəqabət qabiliyyətini azaltmaqdırsa, məncə, bu, bu cür qanunvericilik üçün legitim məqsəd deyil. Amerika şirkətlərinin rəqabət qabiliyyətini azaltmaqla Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq mümkün deyil”, - deyə diplomat bildirib.




