Dünya · Trend.az

Özbəkistan və beş ölkə CASCA+ marşrutunun inkişafına dair protokol imzalayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Özbəkistan və beş ölkə CASCA+ marşrutunun inkişafına dair protokol imzalayıb xəbəri üçün şəkil

Bakı.Trend:

“UzTemirYulKonteyner” (UTK) və Qırğızıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu administrasiyaları oktyabrın 7-8-də Daşkənddə CASCA+ beynəlxalq multimodal nəqliyyat marşrutunun inkişafına dair altıtərəfli protokol imzalayıblar.

Trend bu barədə UTK-nın məlumatına istinadən xəbər verir.

Sənəd yükdaşımaların həcminin artırılmasını, tarif şərtlərinin yaxşılaşdırılmasını və marşrut üzrə konteynerlərin gecikmələrinin azaldılmasını nəzərdə tutur.

Danışıqlarda Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi, CASCA+ marşrutunun rəqabət qabiliyyətinin artırılması və iştirakçı ölkələrin tranzit potensialından daha səmərəli istifadə məsələləri müzakirə olunub.

Tərəflər yükdaşımaların mövcud vəziyyətini və dəhlizin inkişaf perspektivlərini nəzərdən keçiriblər.

“Xüsusilə yük axınının artırılması, soyuducu konteynerlərlə yükdaşımalar üçün rəqabətqabiliyyətli tarif şərtlərinin tətbiqi, bütün marşrut boyunca fitinq platformalarının müntəzəm təmin edilməsi, eləcə də limanlarda konteynerlərin uzun müddət boş dayanmasının qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirilib”, – deyə məlumatda bildirilir.

Özbəkistan tərəfinin məlumatına görə, imzalanmış protokol əldə olunmuş razılaşmaları təsbit edir və gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirir.

Bu tədbirlər yükdaşımaların səmərəliliyinin artırılmasına, dəmir yolu operatorları arasında koordinasiyanın gücləndirilməsinə və Asiya ilə Avropa bazarları arasında daşınan yüklərin emalı üzrə dəhlizin imkanlarının genişləndirilməsinə yönəlib.

Görüş Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən multimodal nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi və tranzit marşrutlarından istifadənin səmərəliliyinin artırılması istiqamətində regional səylərin bir hissəsi olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑