Bakı.Trend:
Hal-hazırda hər kəs çoxqütblü dünyanın reallığa çevrilməsinin şahidi olur.
TASS-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya-Afrika” İqtisadi və Humanitar Forumunda bildirib.
“Biz çoxqütblü dünyanın həqiqətən reallığa çevrilməsinin şahidiyik və bu, obyektiv, geri dönməz tendensiyadır”, – deyə Putin vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, forum, onun gündəliyi, iştirakçıların tərkibi, eləcə də azad və açıq dialoq qlobal transformasiya proseslərinə üzvi şəkildə uyğunlaşır.
O qeyd edib ki, bu proseslərin miqyası və dərinliyi o qədər böyükdür ki, onları həddindən artıq qiymətləndirmək belə çətindir.