Dünya · Modern.az

“Qərb məni Paşinyana alternativ görürdü” - Armen Qriqoryan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qərb məni Paşinyana alternativ görürdü” - Armen Qriqoryan
“Qərb məni Paşinyana alternativ görürdü” - Armen Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryanın Nikol Paşinyana qarşı narazılığını gizlətmədiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, beynəlxalq konsaltinq şirkəti Policy and Management Consulting Group-da (PMCG) baş məsləhətçi vəzifəsində çalışan Qriqoryan yaxın çevrəsində Paşinyandan narazılığını dilə gətirir.

Qəzetin iddiasına görə, Qriqoryan yaxınlarına Qərbin onu Paşinyana alternativ namizəd kimi gördüyünü, baş nazirin isə heç bir səbəb olmadan onu vəzifəsindən uzaqlaşdırdığını deyir.

Nəşr yazır ki, Qriqoryanın qohumları və ailə üzvləri də Paşinyanı tənqid edir, baş nazirin ondan istifadə etdiyini, daha sonra isə ehtiyac qalmadığı üçün kənara atdığını bildirirlər.

Xatırladaq ki, Armen Qriqoryan avqust ayında Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Onun yerinə Alen Simonyan təyin olunub.

“Hraparak”ın yazdığına görə, Qriqoryanın dövründə bu vəzifə Ermənistanda yüksək statusa və böyük əhəmiyyətə malik olsa da, hazırda ikinci plana keçib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑