Dünya · Trend.az

Putinin Trampın həyat yoldaşına yazdığı məktubda nə deyilir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinin Trampın həyat yoldaşına yazdığı məktubda nə deyilir? xəbəri üçün şəkil

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin birinci xanımı Melaniya Trampa ünvanladığı məktubda onun Oleşki şəhərində (Ukrayna) humanitar əməliyyatla bağlı danışıqlarda vasitəçiliyinə razılıq verib.

Bu barədə “Fox News” məlumat yayıb.

Nəşrin məlumatına görə, Melaniya Trampın komandası Ukrayna tərəfinə də müraciət edərək Kiyevin onun “müstəsna vasitəçi” qismində çıxış etməsinə icazə verib-verməyəcəyini soruşub.

ABŞ liderinin həyat yoldaşının baş müşaviri Mark Bekman bildirib ki, bundan sonra Melaniya Tramp Rusiya və Ukraynanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlara başlayıb. Danışıqlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak ediblər.

“Birinci xanımın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri zaman keçdikcə daha da yaxınlaşıb. Tərəflər arasında yüksək etimad formalaşıb və onlar çox şeyə nail olublar”, – deyə o qeyd edib.

Oktyabrın 23-də Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna Oleşkidə lokal atəşkəs barədə razılığa gəliblər.

Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejiminin qüvvəyə mindiyini açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑