Dünya · Təzadlar

Aİ Rusiya qazının idxalını bərpa etməyəcək - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ Rusiya qazının idxalını bərpa etməyəcək - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) Rusiya qazının, o cümlədən “Şimal axını” qaz kəməri vasitəsilə idxalını bərpa etməyəcək, çünki qüvvədə olan qanunvericilik Rusiya qazıntı yanacağının tədarükündən tam imtinanı nəzərdə tutur.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

“Bizdə Rusiyadan qalıq yanacağı, xüsusən də qazın idxalını bərpa etməyə imkan verməyən qanunvericilik qüvvədədir”, – o, Ukraynadakı müharibə başa çatdıqdan sonra “Şimal axını”nın fəaliyyətinin bərpa olunması imkanı barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, bu fikirlər ABŞ və Rusiya arasında “Şimal axını”nın işinin bərpası və müharibədən sonra Rusiya qazının Avropaya tədarükü perspektivlərinin müzakirələri barədə məlumatlar fonunda səsləndirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑