Dünya · Ədalət

İspaniyada sürət qatarları toqquşdu - 64 ölü - YENİLƏNİB - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada sürət qatarları toqquşdu - 64 ölü - YENİLƏNİB - VİDEO xəbəri üçün şəkil

İspaniyada qatar qəzasında ölənlərin sayı 64-ə çatıb

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

***

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə "Espanol" qəzeti yazıb. x

Məlumata görə, İryo qatarında bir körpə də daxil olmaqla 147 sərnişin, yüksək sürətli AVE qatarında isə 397 sərnişin olub.

***13:52

İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub.

Adalet.az xəbər verir ki, "El Espanol" qəzetinin məlumatına görə, Kastilya-La Mançadakı təcili yardım xidmətləri 46 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib, lakin bu rəqəmin arta biləcəyi bildirilir.

Məlumata görə, qatarın iki vaqonu relsdən çıxaraq bəndə aşıb.

***

İspaniyanın Toledo vilayətində sürət qatarları toqquşub.

Adalet.az  xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.

Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑