Media · Təzadlar

Sabiq deputat Əsabil Qasımov saxlanılıb?- DƏQİQLƏŞDİRİLİR - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sabiq deputat Əsabil Qasımov saxlanılıb?- DƏQİQLƏŞDİRİLİR - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bu barədə «Təzadlar»ın Araşdırma Qrupuna ilginc məlumat daxil oldu… Redaksiyaya daxil olan məlumata görə, sabiq deputata məxsus “Azər-Tikinti-şirkəti» MMC ilə bağlş Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq bölməsində araşdırılan cinayət işində adı keçən keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov və MMC- nin İdarə Heyətinin sədri Mətin Əmiraslamov (məhkəmə və digər orqanlara saxta məktub verərək dövlət qurumlarını aldatdığına və s.) bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb… Hər iki məsul şəxsin hələ də istintaqla bağlı saxlanılması barədə də bilgi var.

Az əvvəl Əsabil Qasımovun mobil telefonuna zəng etsək də, telefon bağlı olduğundan şübhələrimiz bu məntiqlə daha da artdı…

Xatırladırıq ki, adı çəkilən şirkət 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) və mülkiyyətçilərin razılığı olmadan 3-cü şəxslərə özbaşına satmışdır. Həmçinin, “Azər-Tikinti şirkəti» MMC-nin rəhbəri, sabiq deputat Əsabil Qasımov  21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən, 170m2 və 226m2– -cəmi 396m2 sahə üçün, müqavilə bağlamadan isə özbaşına uçurduqları 85 m2 obyektlə birlikdə yekun, cəmi: 481 m2 sahəni mənimsəmiş, bir sözlə, mülkiyyətçi, “Tovuz-Konyak” Evinin rəhbəri, ölkədə tanınmış iş adamı Naiq Məmmədhəsənovun əmlak hüquqlarını dolayı yollarla ələ keçirmiş, rəhbəri olduğu şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır…

Sabiq deputatın məhkəmə hakimləri ilə olan qanunsuz diltapmaları barədə də fakt iş üzrə çıxarılmış qanunsuz, saxta məhkəmə qərarları ilə sübut edilir. Redaksiyaya daxil olan məlumata görə, həmin hakimlərlə də bağlı intizam icraatı başlanılıb…

SONDA: Nəsimi rayon Prokurorluğunda faktla bağlı AR CM-nin 186.3 və 320.1 və 320.2 maddələri ilə 85 m2 sahənin özbaşına uçurulması epizodu üzrə № 260070465 saylı cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.

Daha ətraflı az sonra məlumat veriləcək.
“Təzadlar”ın Araşdırma Qrupu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑