Türkiyənin futbol üzrə milli komandasına yeni baş məşqçi gətirilə bilər.
Sfera.az xəbər verir ki, Türkiyə mediasına istinadən verilən xəbərə görə, milli komanda Dünya Kubokunda qrupdan çıxa bilməyib turniri yalnız ABŞ qələbəsi ilə başa vurduqdan sonra, UEFA Millətlər Liqasında da istənilən oyunu göstərə bilməyib.
Son oyunda İtaliyaya 3-1 hesabı ilə uduzan A Milli Komandanın Millətlər A Liqasındakı 4 matçda xal qazana bilməməsi bütün tənqidləri baş məşqçi Vinçenzo Montellaya yönəldib.
İtalyan mütəxəssisin vəzifəsində qalıb-qalmayacağı müzakirə olunduğu bir vaxtda, İtaliya mətbuatı sürpriz bir iddia irəli sürüb. "La Gazzetta dello Sport" qəzetinin yaydığı məlumata görə, Türkiyə Vinçenzo Montellanı işdən çıxarmağa hazırlaşır.
Montella artıq üç ildir ki, Türkiyə millisinin baş məşqçisidir. İddialara görə, Montellanı əvəzləyəcək şəxs Arda Turan ola bilər. Qeyd edək ki, Arda Turan hazırda Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisidir.
Müqaviləyə əsasən, Montella 2028-ci il Avropa Çempionatının sonuna qədər yığmada qalmalı idi. Bu razılaşmaya görə, ona illik 2 milyon 200 min avro ödəniş edilirdi. Lakin Montella vaxtından əvvəl millidən uzaqlaşdırılsa, ona böyük məbləğdə təzminat ödəniləcək.
Vasif





