Media · Sfera.az

Məşhur hind aktyoru vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur hind aktyoru vəfat etdi xəbəri üçün şəkil

Məşhur hind aktyoru və rejissor Nana Patekar 75 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, aktyor oktyabrın 8-də Hindistanın Qoa ştatındakı evində huşsuz vəziyyətdə aşkarlanıb.

Məlumata görə, Patekar təcili tibbi yardım vasitəsilə Manipal Hospitalına çatdırılıb. Həkimlər onun həyatını xilas etmək üçün təxminən 45 dəqiqə ərzində reanimasiya tədbirləri həyata keçiriblər. Lakin bütün cəhdlərə baxmayaraq, aktyoru xilas etmək mümkün olmayıb. Ölümün səbəbi kimi ürək tutması göstərilib.

Nana Patekar Hindistan kinosunun tanınmış simalarından biri olub. O, “Krantivir”, “Welcome”, “Parinda”, “Ab Tak Chhappan” və digər məşhur filmlərdəki rolları ilə böyük şöhrət qazanıb. Aktyor üç dəfə Milli Film Mükafatına layiq görülüb və 2013-cü ildə “Padma Şri” ordeni ilə təltif olunub.

Onun vəfatı Hindistan kino ictimaiyyətində böyük kədər yaradıb. Hindistanın Baş naziri Narendra Modi də aktyorun ölümü ilə bağlı başsağlığı verib.

Fatimə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑