Jurnalistlər Etibar Cəbrayıloğlu, Laçın Səmla və Cavid Şahverdiyev Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gediblər.
Modern.az xəbər verir ki, azərbaycanlı jurnalistlər Ümrə ziyarətinə Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Məscidin Xadimi Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun şəxsi dəvət proqramı ilə yollanıblar.
Həmkarlarımız artıq Səudiyyə Ərəbistanının Mədinə şəhərindədirlər.
“Məkkə gözlərin, Mədinə isə ruhun ziyarətgahıdır", - deyə Laçın Səmla Ümrə ziyarətinin təəsüratlarını ifadə edib. O, 23 ildən sonra yenidən Səudiyyə Ərəbistanında olsuğunu qeyd edib.
Laçın Səmla ilk dəfə 2003-cü oldə Həccə gedib: “O vaxt mən Həccə Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə öz hesabıma getmişdim. Səfər təəssüratlarımı mətbuat dərc etmişdi. O zamandan bəri çox dəyişiklik olub”.
Etibar Cəbrayıloğlu isə bu şəraiti yaratdıqlarına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyliyə təşəkkürünü bildirib.
“Arzusunda olanların hamısına Məkkə və Mədinəni ziyarət etmək nəsib olsun”, - jurnalist deyib.
Xatırladaq ki, İslamda ilin istənilən vaxtı Kəbəni və müqəddəs məkanları ziyarət etmək Ümrə ziyarəti hesab olunur.


A.Qorxmaz






