Media · Sfera.az

8 aydan sonra Yerə qayıtdı – Tarixə düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
8 aydan sonra Yerə qayıtdı – Tarixə düşdü xəbəri üçün şəkil

Fransalı astronavt Sofi Adeno Beynəlxalq Kosmik Stansiyada (BKS) keçirdiyi 8 aylıq missiyanı başa vuraraq Yerə qayıdıb. O, kosmosda 235 gündən çox qalaraq Avropa astronavtları arasında ən uzunmüddətli uçuş rekordunu müəyyənləşdirib.

Sfera.az xəbər verir ki, Sofi Adeno və ekipajın digər üç üzvü – rusiyalı Andrey Fedyayev, amerikalı Cessika Meyr və Cek Hetevey oktyabrın 8-də Sakit okeana eniş edib.

Astronavtlar Yer səthindən təxminən 400 kilometr yüksəklikdə yerləşən BKS-də 8 aya yaxın vaxt keçiriblər. Kosmik gəmi atmosferin sıx təbəqələrindən yüksək sürətlə keçdikdən sonra paraşütlərin köməyi ilə hərəkətini yavaşladıb və ekipaj Sakit okeanda, San-Diyeqo yaxınlığında suya enib.

Eniş zamanı gəminin atmosferə daxil olduğu son dəqiqələrdə ekipaj ciddi yüklənməyə məruz qalıb. Paraşütlərin açılmasından əvvəl və sonra kosmik gəmi ilə əlaqə də müəyyən müddət kəsilib.

Astronavtlar gəmidən çıxarıldıqdan və ilkin tibbi müayinədən keçirildikdən sonra San-Diyeqodakı hərbi-dəniz bazasına, daha sonra isə NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinə aparılacaqlar.

Avropa Kosmik Agentliyinin tibbi heyəti Sofi Adenonu Almaniyanın Köln şəhərinə qayıdışı zamanı müşayiət edəcək. Astronavt burada ailəsi ilə görüşəcək və bir neçə həftə davam edəcək reabilitasiya proqramına başlayacaq.

Sofi Adeno bu missiya zamanı daha bir tarixə düşüb. O, 30 il əvvəl Klaudi Enyerin ardınca kosmosa uçan ikinci fransalı qadın olub. Bundan başqa, avqust və sentyabr aylarında üç dəfə açıq kosmosa çıxaraq bunu edən ilk fransalı qadın kimi tarixə düşüb.

Adenonun kosmosda keçirdiyi 237 gün onu Avropa astronavtları arasında ən uzunmüddətli missiyanın sahibinə çevirib. Bundan əvvəl rekord 2019-2020-ci illərdə orbitdə 201 gün keçirən italiyalı astronavt Luka Parmitanoya məxsus olub.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑