Dünya · Təzadlar

Dünən Ər-Riyadda Kral Xalid Hava Limanına edilən hücumda bir nəfər ölüb, 11 nəfər yaralanıb - Təzadlar -

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünən Ər-Riyadda Kral Xalid Hava Limanına edilən hücumda bir nəfər ölüb, 11 nəfər yaralanıb - Təzadlar - xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanı Baş Mülki Aviasiya İdarəsi (GACA) Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanını hədəf alan hücumda bir nəfərin öldüyünü və 11 nəfərin yaralandığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, GACA-nın bəyanatında dünən günortadan sonra Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanında baş verən hücumla bağlı yenilənmiş məlumat verilib.

Bəyanatda hücum nəticəsində Pakistan vətəndaşının həyatını itirdiyi və 11 nəfərin yaralandığı bildirilib.

Bəyanatda əlavə edilib ki, yaralılar dərhal lazımi tibbi yardım üçün xəstəxanaya aparılıb və hava limanına maddi ziyan dəyib, zərərin qiymətləndirilməsi işləri davam etdirilir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası dünən Ər-Riyadda Kral Xalid Hava Limanının 4-cü Terminalının sərnişin salonunda binaya artilleriya mərmisinin düşməsindən sonra yanğın baş verdiyini açıqlayıb.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑