BAKI, 1 noyabr. TELEQRAF
Avstriyanın paytaxtı Vyanada “Gen Z regelt!” (“Z nəsli qərar verir!”) şüarı altında keçirilən etiraz aksiyalarında təxminən 100 min nəfər iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə “Der Standard” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, nümayişçilər ölkə parlamentinin binası qarşısında toplaşıb və yaxınlıqda Fələstin bayrağı qaldırıblar. Daha sonra aksiya iştirakçıları “Gənclik, gələcək, sosializm!” şüarları səsləndirərək Vyana Universiteti istiqamətində yürüş ediblər.
Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, nümayişçilərlə polis arasında Parisdə baş verən hadisələrdən fərqli olaraq, heç bir toqquşma qeydə alınmayıb.





