Dünya · Azxeber.com

Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu xəbəri üçün şəkil
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla G20 ölkələrinin xarici işlər nazirlərinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin mümkün görüşünü müzakirə edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, müzakirələr Atlantada keçirilən sammit zamanı baş tutub.
Söhbət Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşmək ehtimalından gedib.
Qeyd edək ki, 2025-ci il avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentlərinin sammiti keçirilib. Həmin görüşdə Vladimir Putin və Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər.
Bundan başqa, Rusiya və ABŞ prezidentləri dəfələrlə telefon danışığı aparıblar.
Sonuncu belə danışıq 2026-cı il oktyabrın 9-da baş tutub. Söhbət zamanı, digər məsələlərlə yanaşı, neft məhsullarının tədarükü də müzakirə edilib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑