Parlament · Teleqraf

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

"Peşəkar fiskal idarəetmədə cari xərclərin artım tempi, qeyri-neft gəlirlərinin artım tempi və inflyasiya ilə müqayisə olunur. Büdcə zərfinə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır. Hesab edirik ki, bu makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından mühüm indikatordur və təqdirəlayiq hədəfdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Eyni zamanda, əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, bu məqsəd üçün əsas hədəf göstəriciləri olan cari xərclər, qeyri-neft gəlirlərinin və yaxud daha geniş anlayışla ifadə etsək, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik. Məsələn, qanunvericiliyin tələbləri əsasında hesablamalarımıza əsasən, qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə yığımlar 98,0 mln. manat məbləğində nəzərdə tutulur və İzahata əsasən, bu məbləğ dövlət büdcəsinin neft-qaz gəlirlərinə aid edilir. Lakin “Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin neft-qaz gəlirlərinə ARDNŞ-in ödədiyi vergilər daxil edilir. Yuxarıda qeyd olunan mənbə isə vergi ödənişi deyil", - deyə Palata sədri bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑