Parlament · Teleqraf

Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

Cənab Prezident İlham Əliyevin çox böyük peşəkarlıq və zərgər dəqiqliyi ilə həyata keçirdiyi sosial-iqtisadi siyasət və ölkə iqtisadiyyatının dayanıqlı, davamlı inkişafı, büdcənin sosial xarakter daşıması ölkəmizin reallığını əks etdirir. Bütün bu nailiyyətlər dövlət başçımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı, Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalı deyib

Deputat təmsil etdiyi 65 Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin vətəndaşları tərəfindən qaldırılan bəzi məsələləri diqqətə çatdırıb:

“Salyan rayonunun Ərəbqardaşbəyli kəndi bu günədək təbii qazla təmin olunmayıb. Halbuki kəndin bir tərəfində yerləşən Salyan rayonunun Xocalı kəndində, digər tərəfində yerləşən Neftçala rayonunun Aşağı Surra kəndində qaz təchizatı mövcuddur. İki qazlaşdırılmış yaşayış məntəqələrinin ortasında yerləşən Ərəbqardaşbəyli kəndində qazın olmaması məsələsi demək olar ki, vətəndaşlarla keçirtdiyim hər görüşdə önə çəkilir. Eyni məsələ Şorkənd və Bala Surra kəndlərində də mövcuddur.

Ümidvaram ki, 2027-ci il büdcənin dəqiqləşdirilməsində və növbəti illərdə büdcənin hazırlanmasında diqqətə çatdırdığım məsələlər öz həllini tapacaqdır”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑