Parlament · Teleqraf

Deputat: Mediaya dövlət dəstəyinin artırılmasını düzgün hesab edirəm

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Deputat: Mediaya dövlət dəstəyinin artırılmasını düzgün hesab edirəm xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

"Hökumətin vəzifəsi həm də ölkədə siyasi plüralizmin gücləndirilməsinə dəstək verməkdir. Həm də vətəndaş cəmiyyəti quruculuğunun inkişafına yardım göstərməkdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Bu məqsədlə həm siyasi partiyalara ayrılan vəsaitin, həm qeyri-hökumət təşkilatlarına və mediaya dövlət dəstəyinin artırılmasını düzgün hesab edirəm. Biz həm də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı elm işçilərinin maaşlarının artırılmasına diqqət yetirməliyik", - deyə deputat bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑