BAKI, 4 noyabr. TELEQRAF
Proqnozların bəzən tam olaraq reallaşmaması elə ondan irəli gəlir ki, bu proqnozdu. Hər halda neftin bugünkü qiymətinin 103 dollar olmasını 6 ay və ya 1 il əvvəl dünyanın heç bir qurumu, reytinqdə qiymətləndirmə agentliyi proqnozlaşdıra bilmirdi. Biz keçən il 2026-cı il üçün rəqəmlərimizi Milli Məclisə təqdim edəndə, ən çox rastlaşdığım sual o idi ki, 65 dollar çox yüksək rəqəmdir, bu rəqəmi niyə qoymusunuz?"
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
"Bizim o zaman əsaslanmamız onun üzərində idi ki, biz vahid bir qiymətləndirici agentliyin fikri ilə fəaliyyət göstərmirik. Biz təqribən 80-ə yaxın müxtəlif beynəlxalq proqnozverici qurumların hovuzunu yaratmışıq. Onların orta çəkili rəqəmi onda 61-62 dollara gəlirdi. Azərbaycan nefti "Azəri Light"ın isə Brend üzərində premium təqribən 3 dollar olduğuna görə biz 65 dollar rəqəmini məqbul hesab edirdik. Amma heç kim də gözləmirdi ki, neftin qiyməti bu gün gəlib 103, bəzi dövrlərdə 120 dollara çatacaqdı. Əlbəttə, bunların hamısı təsir edir. Digər tərfədən, qızılın qiyməti ilə bağlı rəqəmləri heç kəs əvvəlcədən dəqiq proqnozlaşdıra bilməz. Hər halda heç kim iki il əvvəl proqnozlaşdıra bilməzdi ki, qızıl ilin əvvəli 5500 dollar olacaq və sonra bugünkü 3800 dollara düşəcək. Yəni, bunu da heç kim 100% proqnozlaşdıra bilməz. Bəlli bir dövrlərlə proqnozlaşdırma aparılır və uğurlu nəticələr əldə edəndə bundan istifadə edirik. Qızıl 5000 dolları keçəndən sonra Neft Fondu tərəfindən müəyyən bir satışlara başlanıldı və bunun nəticəsində Neft Fondu kifayət qədər böyük qazanc əldə etdi. Əslinə qalsa, qızılda olan qazancını reallaşdırdı".

.jpg)

.jpg)

