Dünya · Teleqraf

Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edib xəbəri üçün şəkil

BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun çərçivəsində müəyyən məhdudiyyətlərin tətbiq edilməməsi barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS Ağ Evin rəsmi saytında dərc olunan sənədə istinadən məlumat yayıb.

Fərmana əsasən, Tramp sözügedən qanunda nəzərdə tutulan bəzi sanksiyaları, məhdudiyyətləri və gömrük rüsumlarını tətbiq etməyəcək.

“Mən Qrem qanununda nəzərdə tutulan sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqini ləğv edirəm. Konqresə bunun hazırda ABŞ-nin maraqlarına uyğun olduğunu təsdiqləyən bildiriş göndərmişəm”, – sənəddə bildirilir.

Qeyd edək ki, söhbət Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan və senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış qanundan gedir.

Fərman həmin qanunda nəzərdə tutulan müəyyən sanksiya tədbirlərinin tətbiq edilməməsini nəzərdə tutur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑