Dünya · Baku.ws

Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı xəbəri üçün şəkil

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət edənlərin 77-si şagirddir. Qeyd olunur ki, 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar nəticəsində zərərçəkənlər Kayabağlar rayonunda fəaliyyət göstərən müəssisədən toyuq lavaşlarını istehlak etdiyi müəyyən olunub.

Məlum olub ki, toyuq lavaşlarının bəziləri məktəb yeməkxanasından qablaşdırılıb, digərləri isə birbaşa müəssisədən alınıb. Hadisənin səbəbini müəyyən etmək üçün nümunələr götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑