ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qrehemin müəllifliyi ilə Rusiya və İrana qarşı qanunda nəzərdə tutulmuş bir sıra sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiq olunmamasını əmr edib.
Axar.az xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin saytında yerləşdirilən fərmanında bildirilir.
"Bu (fərmanla) Qrehem Qanununda nəzərdə tutulmuş sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiq olunmasından imtina edirəm. Konqresə bu cür imtinanın hazırda ABŞ-ın milli maraqlarına cavab verdiyini təsdiqlədim", - sənəddə vurğulanıb.
Qeyd edək ki, Qrehem Qanunu ABŞ Prezidentinə, Vaşinqtonun milli maraqlarına cavab verdiyinə dair yazılı təsdiq və bu təsdiq üçün əsasları izah edən hesabat təqdim edildiyi təqdirdə, sanksiyaların tətbiqini ləğv etməyə icazə verir. Tramp bu mexanizmi işə salıb.
Xatırladaq ki, Tramp sentyabrın 19-da senator Lindsi Qrehemin təşəbbüsü ilə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb. Ağ Ev rəhbəri sanksiyaların tətbiqi ilə bağlı qərarı bir aydan gec olmayaraq qəbul etməli idi. Qanun Rusiya rəsmilərinə, banklara, enerji və müdafiə şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsinə imkan verir, həmçinin Rusiya neft və qazının, ilk növbədə Çin və Hindistanın ən böyük alıcıları olan ölkələrdən mallara 100%-ə qədər rüsum tətbiq edir.
Bundan əlavə, qanun birbaşa Rusiya idxalına 500%-ə qədər rüsum tətbiq etməyi, həmçinin İranın enerji və silah sektorlarına qarşı sanksiyaların 5 il uzadılmasını nəzərdə tutur.


