Dünya · Lent.az

ABŞ İranın dəniz ticarətini bağladı: 25 milyardlıq neft ixracı dayandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İranın dəniz ticarətini bağladı: 25 milyardlıq neft ixracı dayandı xəbəri üçün şəkil

ABŞ Silahlı Qüvvələri İrana qarşı genişmiqyaslı maksimum təzyiq kampaniyası çərçivəsində ölkənin dəniz yolu ilə kommersiya məqsədli ixrac və idxalını faktiki olaraq tamamilə blokadaya alıb. Yalnız əvvəlcədən razılaşdırılmış humanitar yüklərin daşınmasına icazə verilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper rəsmi açıqlama verib.

CENTCOM rəhbərinin sözlərinə görə, ABŞ qüvvələri və onların müttəfiqləri İranın ümumilikdə ən azı 25 milyard dollar dəyərində xam neft ixrac etməsinin qarşısını alıblar.

Bundan əlavə, ABŞ-ın müxtəlif dövlət qurumları hərbçilərin dəstəyi ilə təxminən 350 milyon dollar dəyərində kriptovalyuta aktivlərini dondurublar. Bildirilir ki, bu tədbirlər Tehranın silah ehtiyatlarını bərpa etmək və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) fəaliyyətini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

ABŞ hərbi komandanlığı vurğulayıb ki, maliyyə resurslarının azalması Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı birləşmələrin üzvlərinə ödənişlərin gecikməsinə səbəb olub.

Vaşinqton İranın gizli fəaliyyət göstərən tanker donanmasının qarşısını tamamilə almaq üçün Fars körfəzi və Oman körfəzi akvatoriyalarında dəniz nəzarətini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑