Dünya · Sfera.az

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu xəbəri üçün şəkil

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub.

Sfera.az xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib.

Cümə günü mobil telefonlara gələn fövqəladə bildirişlər və küçə səsgücləndiriciləri insanları təşvişə salıb, əhalini küçələrə töküb. Avtomatik təhlükəsizlik sistemləri işə düşdüyündən “Şinkansen” sürətli qatarlarının hərəkəti 15 dəqiqəlik dayandırılıb, nəqliyyatda fasilələr yaranıb.

Hiss olunmayan yüngül təkanlardan sonra Yaponiya Meteorologiya Agentliyi tarixdə ilk dəfə zəlzələ üzrə erkən xəbərdarlıq siqnalını rəsmən ləğv edib və xətanı düzəltmək üçün ikinci bildiriş yayımlayıb. Rəsmi qurumlar kiberhücum ehtimalını təkzib edərək, alqoritmlərin yenidən nəzərdən keçiriləcəyini açıqlayıblar./qafqazinfo

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑