BAKI, 22 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla danışıqlar aparmadığını açıqlayıb və yaxın zamanda müəyyən hadisələrin baş verəcəyinə işarə edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun açıqlamasını Ağ Evin mətbuat xidməti yayıb.
“Xeyr, düşünürəm ki, biz İranla danışıqlar aparmırıq. İstənilən halda, tezliklə nəsə baş verəcək. Əksəriyyət bunun seçkilərdən sonra olacağını düşünür. Görək nə baş verəcək”, – ABŞ Prezidenti bildirib.
Tramp gözlənilən hadisənin konkret nədən ibarət olacağını açıqlamayıb.
Qeyd edək ki, ABŞ ilə İran arasında gərginlik fonunda Vaşinqtonun Yaxın Şərqdəki bəzi hərbi bazalarda və diplomatik nümayəndəliklərdə personalın sayını azaltdığı barədə məlumatlar yayılıb.



