Dünya · Axar.az

Ukrayna Moskvada hərbi zavodu vurdu - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna Moskvada hərbi zavodu vurdu - Video xəbəri üçün şəkil

Ukrayna ordusu Moskva vilayətinin Serpuxov şəhərində Müdafiə Nazirliyinə məxsus “75 Arsenal” zavoduna PUA və raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində partlayış və yanğınlar qeydə alınıb.

Qeyd edək ki, zavod silah və sursat istehsalı, eləcə də hərbi texnikanın, artilleriya sistemlərinin və hava hücumundan müdafiə vasitələrinin – o cümlədən “Buk-M1”, “Buk-M2” və “S-300V” zenit-raket sistemlərinin təmiri və bərpası ilə məşğuldur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑