Dünya · Yeni Sabah

Erməni rəsmiləri sərhəd bölgəsinə getdi - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Erməni rəsmiləri sərhəd bölgəsinə getdi -  VİDEO xəbəri üçün şəkil

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmilər Sünik bölgəsinə səfər ediblər.

"Yeni Sabah" xəbər verir ki, rəsmilərin səfəri TRIPP infrastrukturlarının layihələndirilməsi üzrə işlərin başlanması ilə bağlı təşkilati məsələləri yerində müzakirə etmək və layihənin bundan sonrakı gedişatını müəyyənləşdirmək məqsədi daşıyıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib. O, daha real müddətin 2027-ci ilin əvvəli olduğunu deyib. Hazırda ərazinin təmizlənməsi, texniki qiymətləndirmə və digər hazırlıq işlərinin aparıldığı bildirilir. Dördpendirli pizza


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑