Oktyabrın 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri uzaqmənzilli raketlər və ya reaktiv pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Moskva vilayətinin Serpuxov şəhərində yerləşən "75-ci arsenal" hərbi obyektinə zərbələr endirib.
Bizim.Media xatırladır ki, Sertpuxovdakı bu hərbi müəssisə Rusiya ordusunun hava hücumundan müdafiə sistemlərinin — xüsusilə "Buk" və "S-300V" zenit-raket komplekslərinin saxlanıldığı, təmir edildiyi və bərpa olunduğu əsas bazalardan biridir.
İnsident zamanı Serpuxovda raket təhlükəsi elan olunub və həyəcan siqnalları çalınıb. Hücum nəticəsində güclü partlayışlar və detanasiya baş verib, yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb.
Serpuxovdakı obyekt gecə saatlarında Rusiyanın müxtəlif vilayətlərinə (Lipetsk, Tula, Kursk, Bryansk) edilən kütləvi PUA hücumunun hədəflərindən biri olub. Moskva meriyası paytaxt istiqamətində yüzlərlə dronun vurulduğunu iddia edir.
Bizim.Media
Moskva vilayətinə PUA hücumu: Silah zavodu vuruldu - FOTO/VİDEO

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





