Dünya · Teleqraf

Tramp İranla atəşkəsi vaxt itkisi adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İranla atəşkəsi vaxt itkisi adlandırıb xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla yay aylarında əldə olunan atəşkəs razılaşmasını vaxt itkisi hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti İranla müharibənin başlanmasına münasibət bildirərək Vaşinqtonun başqa seçiminin olmadığını iddia edib.

“Bunu çoxdan etmək lazım idi. Hazırda baş verənlər də tezliklə başa çatacaq”, - Tramp deyib.

O, yay aylarında əldə olunan müvəqqəti atəşkəsdən narazı qaldığını gizlətməyib.

“Biz qısamüddətli atəşkəsə razılaşdıq, amma bu, mənim o qədər də xoşuma gəlmirdi. Mən bunu vaxt itkisi hesab edirdim”, - ABŞ lideri vurğulayıb.

Tramp əlavə edib ki, atəşkəs dövründə bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verilib.

Xatırladaq ki, təqdim edilən məlumata əsasən, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-də ABŞ İranı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑