Dünya · Azxeber.com

Suriya İordaniya ilə sərhəddəki keçid məntəqəsini bağlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Suriya İordaniya ilə sərhəddəki keçid məntəqəsini bağlayıb xəbəri üçün şəkil
Suriya Dəraa vilayətindəki vəziyyətlə əlaqədar İordaniya ilə sərhəddə yerləşən "Nəsib” keçid məntəqəsində sərnişin və yük daşımalarını müvəqqəti dayandırıb.
Qərarın İordaniya hərbi hava qüvvələrinin Suriya ərazisinə zərbələr endirməsindən sonra verildiyi bildirilir.
Dəraa vilayətinin administrasiyasının məlumatına görə, İordaniyanın aviazərbələri nəticəsində azı beş mülki şəxs həlak olub.
Ölənlər arasında qadınlar və uşaqlar da var. Digər yaşayış məntəqələrindəki itkilər barədə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, İordaniya oktyabrın 26-da Suriyanın cənubunda ekstremist qruplaşmaların mövqelərinə zərbələr endirib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑