Dünya · Bizim.Media

ABŞ İran yaxınlığındakı hərbi gəmilərinin sayını 21-ə çatdırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İran yaxınlığındakı hərbi gəmilərinin sayını 21-ə çatdırdı xəbəri üçün şəkil

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran yaxınlığında yerləşən hərbi gəmilərinin sayı bir həftə ərzində 17-dən 21-ə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatlarında bildirilir.

Məlumata görə, bölgədə “USS George Washington” və “USS George Bush” təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi hərbi qruplaşma fəaliyyət göstərir. Qruplaşmanın tərkibində, həmçinin bir kreyser, 11 idarəolunan raket esminesi və üç böyük amfibiya gəmisi var.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi Qırmızı dənizdə, daha ikisi isə Hind okeanının şimal-qərbində fəaliyyət göstərir.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı da bölgədə 20-dən çox Amerika hərbi gəmisi yerləşdirilmişdi.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑