İsraildə bu gün 2023-cü il oktyabrın 7-də HAMAS-ın hücumundan sonra ilk parlament seçkiləri keçirilir.
Milli.Az xəbər verir ki, sandıq başına gedən israillilər bu gün Knessetin 120 üzvünü seçəcəklər.
Əsas mübarizə hazırkı Baş nazir Benyamin Netanyahunun düşərgəsi ilə müxalifət arasında gedir.
Müxalifətin liderlərindən biri isə İsrail ordusunun Baş Qərargahının sabiq rəisi Qadi Ayzenkotdur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)





