Biz İranla qısa atəşkəs bağladıq, amma mən bunu heç vaxt bəyənmədim. Mən bunu vaxt itkisi hesab edirdim.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Atəşkəs sadəcə vaxt itkisi idi. Onlar şəhərlərimizə - San Dieqoya, Los-Ancelesə hücum edərdilər. Müharibəni biz başlatmadıq, onlar başlatdı.
İranlılar əla silahlar düzəldirlər. Onlar çox ağıllı insanlardır, amma biz onları məğlub etdik. İranlıların indi Avropaya çatan bir raketi var. Onlar bunu etməməli idi”, - o bildirib.


