Dünya · Globalinfo.az

“Tesla”nın uçan avtomobili ilə bağlı qalmaqal: oyun imiş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Tesla”nın uçan avtomobili ilə bağlı qalmaqal: oyun imiş xəbəri üçün şəkil

Amerikalı milyarder İlon Maskın təqdim etdiyi uçan “Tesla Roadster” avtomobili ilə bağlı şübhələr yaranıb.

Globalinfo.az xəbər verir ki, “Futurism” nəşrinin məlumatına görə, müşahidəçilər avtomobilin havaya qalxmasını nümayiş etdirən təqdimatın saxta ola biləcəyini düşünürlər.

Oktyabrın ortalarında təqdim olunan avtomobil havaya qalxıb, çevrilmə hərəkəti edib və yenidən təkərləri üzərində yerə enib.

Məlumata görə, “Rocket” versiyası sıxılmış hava balonları, 10 xüsusi ucluq və avtomobilin alt hissəsində yerləşən güclü ventilyatorla təchiz olunub.

Bu avadanlıqların yerləşdirilməsi üçün salondan sərnişin oturacaqları çıxarılıb.

Müşahidəçilər avtomobilin bəzi görüntülərində ventilyatorun görünməməsinə də diqqət çəkiblər. Onlar müxtəlif hərəkətlərin fərqli təchizata malik avtomobillərlə nümayiş etdirildiyini ehtimal edirlər.

Süni intellekt üzrə tanınmış alim Yan Lekun isə sıxılmış hava ilə işləyən belə bir avtomobilin havada cəmi bir neçə saniyə qala biləcəyini bildirib.

Onun fikrincə, bu texnologiya gündəlik istifadə üçün praktik deyil.

Qeyd edək ki, İlon Mask avtomobilin saatda 100 kilometr sürətə bir saniyədən az müddətdə çata biləcəyini iddia edib. “Tesla Roadster” modelinin istehsalına 2028-ci ildə başlanması planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑