Dünya · Trend.az

İspaniyada iğtişaşlar - Çox sayda saxlanılan var (FOTO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada iğtişaşlar - Çox sayda saxlanılan var (FOTO) xəbəri üçün şəkil

Bakı.Trend:

İspaniyanın Bilbao şəhərində ötən gecə baş vermiş iğtişaşlar zamanı hüquq-mühafizə orqanları azı 19 nəfəri saxlayıb.

Bu barədə RTVE teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, hadisələr qatı-sağçı fəal Vito Kilesin iştirakı ilə keçirilməsi planlaşdırılan tədbirə etiraz olaraq bir neçə min nəfərin yerli universitetlərdən birinin qarşısında mitinq keçirməsindən sonra baş verib. Tədbirin başlamasına təxminən yarım saat qalmış onun ləğv edildiyi elan olunub.

Bundan sonra bir neçə yüz radikal yaxınlıqdakı prospektə doğru hərəkət edib və burada iğtişaşlar başlayıb. İğtişaş iştirakçıları polis əməkdaşlarını və polis şöbəsinin binasını daş atəşinə tutub, zibil konteynerlərini və avtomobilləri oda verib, şəhər əmlakına ziyan vurublar.

Saxlanılanlar arasında yeddi nəfər yetkinlik yaşına çatmayan şəxs var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑