Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib. Bakırköy Baş Prokurorluğu tərəfindən Bakırköy Bələdiyyəsinə qarşı başlanan istintaq çərçivəsində səhər əməliyyat keçirilib.
"Tender proseslərində qanunsuzluqlar" və "lisenziya almaq istəyən sahibkarlardan qanunsuz olaraq pul tələb etmək" iddiaları ilə başlayan istintaq nəticəsində 68 nəfər haqqında həbs qərarı verilib.
Səhər saatlarında keçirilən əməliyyatda 5 bələdiyyə sədrinin müavini və 2 bələdiyyə üzvü də daxil olmaqla 37 nəfər saxlanılıb.
Bakırköy, Çatalca, Küçükçekmece və Büyükçekmece bələdiyyə başçılarının, eləcə də 110 bələdiyyə bələdiyyə üzvünün bu gün YENİ Partiyaya qoşulması gözlənilirdi. Bakırköy Bələdiyyəsinə qarşı əməliyyatın da məhz bu gün keçirilməsi diqqəti cəlb edir.
Bu gün saat 14:00-a Bakırköy Bələdiyyəsində YENİ Partiyaya keçidin elan edilməsinin planlaşdırılmasından saatlar əvvəl əməliyyatın keçirilməsi ciddi suallar doğurub və əməliyyatın məqsədəuyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.
Ötən həftə Kadıköy və Maltepe bələdiyyə başçıları da YENİ Partiyaya qoşulublar.
Tahir TAĞIYEV



