Dünya · Editor.az

Tehrandakı dördtərəfli görüşdə skandal: Türkiyə, İran, Pakistan…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tehrandakı dördtərəfli görüşdə skandal: Türkiyə, İran, Pakistan… xəbəri üçün şəkil

“Tehranda keçirilən Pakistan–Türkiyə–Səudiyyə Ərəbistanı–İran danışıqlarından əvvəl otaqda səsyazma qurğusu aşkarlanıb”.

Editor.az xəbər verir ki, bunu tanınmış jurnalist Qəridə Faruqi qeyd edib.

O bildirib ki, təhlükəsizlik yoxlaması Pakistan və Türkiyə kəşfiyyatının əməkdaşları tərəfindən həyata keçirilib:

“Onlar şübhəli səsyazma və naməlum elektron qurğu aşkar ediblər. Casusluq məqsədilə istifadə olunduğu ehtimal edilən qurğu otaqdan çıxarılıb. Otağın tam təhlükəsiz olduğu təsdiqləndikdən sonra dördtərəfli görüş başlayıb.

Görüşdə Pakistanın feldmarşalı Asim Munir, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman və Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın iştirak ediblər. İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də görüşə qatılıblar. Müzakirələr zamanı regional sülh və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb”.

Qeyd edək ki, Tehranda görüşdən əvvəl dinləmə qurğusunun aşkarlanması ABŞ tarixində böyük siyasi qalmaqala çevrilən Votergeyt hadisəsini xatırladır. 1972-ci il iyunun 17-də ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Votergeyt kompleksində Demokratlar Partiyasının qərargahına beş nəfər qanunsuz daxil oldu. Onlar qərargahda dinləmə qurğuları quraşdırmağa və sənədləri əldə etməyə çalışırdılar. Saxlanılan şəxslərin ABŞ Prezidenti Riçard Niksonun yenidən seçilməsi üçün çalışan komanda ilə əlaqələri aşkarlandı. Sonradan hadisənin ört-basdır edilməsi cəhdləri böyük siyasi qalmaqala səbəb oldu və Nikson 1974-cü ildə prezident vəzifəsindən istefa verdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑