Dünya · Teleqraf

ABŞ və Kanada noyabrın 3-dək ticarət sazişi imzalaya bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ və Kanada noyabrın 3-dək ticarət sazişi imzalaya bilər xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ və Kanada noyabrın 3-dək yeni ticarət sazişi bağlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, razılaşma Kanada poladı və avtomobillərinə tətbiq olunan ABŞ gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur.

Məlumata görə, ABŞ-nin ticarət naziri Hovard Latnik və Kanadanın hökumətlərarası əlaqələr naziri Dominik Leblan məsələ ilə bağlı davamlı təmasdadırlar.

Mənbələr tərəflərin noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərədək razılığa gələ biləcəyini istisna etmirlər. Bununla belə, Vaşinqton Ottavadan əlavə güzəştlər gözləyir.

Qeyd edək ki, oktyabrın 25-də ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət sazişinin yaxın aylarda imzalana biləcəyini açıqlayıb. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset də tərəflər arasında intensiv danışıqlar aparıldığını bildirib.

Xatırladaq ki, avqustun 22-də ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50 faizlik gömrük rüsumları tətbiq edib. Buna cavab olaraq Kanada Baş naziri Mark Karni ticarət danışıqlarını dayandırmaq və cavab rüsumları tətbiq etmək qərarını açıqlayıb.

Daha sonra Tramp 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil hissələrinə və poladına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑