Almaniyanın elit KSK xüsusi təyinatlı qüvvələri təlim proqramlarını və taktikalarını tamamilə dəyişdirərək Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlaşır.
Axar.az BİLD-ə istinadən xəbər verir ki, bunu KSK komandiri Andreas Kühne deyib.
Onun sözlərinə görə, əvvəllər xüsusi əməliyyatlar təxminən üç günə planlaşdırılırdısa, əsgərlər indi çöl şəratində daha uzun müddətdə hazırlaşırlar:
“Biz Rusiyanın timsalında düşmənə qarşı açıq-aşkar şəkildə hazırlaşırıq”.
Bildirilib ki, xüsusi təyinatlı qüvvələr tanklar, artilleriya, dronlar və elektron müharibə sistemləri ilə silahlanmış düşmənə qarşı mübarizə aparır.
Təlim zamanı NATO-nun şərq cinahına xas olan son dərəcə aşağı temperaturda əməliyyatlara xüsusi diqqət yetirilir.
Qeyd edək ki, KSK Ştutqart yaxınlığındakı Kalv şəhərindəki Zeppelin kazarmasında yerləşir və təxminən 1500 nəfərlik heyətə malikdir.





