Dünya · Teleqraf

Tokio yaxınlığında güclü zəlzələ baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tokio yaxınlığında güclü zəlzələ baş verib xəbəri üçün şəkil

BAKI, 29 oktyabr. TELEQRAF

Yaponiyanın paytaxtı Tokioya qonşu olan Tiba prefekturasının şimal-şərqində 5,5 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib. Zəlzələ Tokionun şimal-şərq hissəsində də hiss olunub.

Sunami təhlükəsi elan edilməyib. Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, oktyabrın 28-də eyni bölgədə 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑