Dünya · SİA

Britaniyanın 3 Vanguard atom sualtı qayığı dənizə buraxılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyanın 3 Vanguard atom sualtı qayığı dənizə buraxılıb xəbəri üçün şəkil

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nüvə silahı daşıya bilən "Vanguard" tipli dörd sualtı qayığından üçü dənizə buraxılıb. Bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bunun beş ildən artıq müddətdə ilk belə hal olduğu qeyd edilib. Qaydalara əsasən, "Vanguard" tipli sualtı qayıqlardan biri daim dənizdə döyüş növbətçiliyində olur. Nəşrin məlumatına görə, digər iki sualtı qayıq, ehtimal ki, təlimlərə və gələcək patrul əməliyyatlarına hazırlığa cəlb edilib.

Nəşr qeyd edib ki, döyüş tapşırıqlarını yerinə yetirə bilən üç sualtı qayığın olması Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə heyətlərin patrulda olma müddətini azaltmağa imkan verir. Əvvəllər Britaniya mediası döyüş növbətçiliyində olan sualtı qayığın göyərtəsində altı aya qədər vaxt keçirməli olan ölkə hərbçilərinin həddindən artıq yüklənməsi barədə yazmışdı. Belə vəziyyət digər sualtı qayıqların dənizə çıxmağa hazır olmaması və ya təmirdə olması səbəbindən yaranır.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑