Dünya · Azxeber.com

Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb xəbəri üçün şəkil
Moskva, Kiyev və Vaşinqton nümayəndələri arasında Əbu-Dabidə Ukraynaya dair üçtərəfli danışıqlar noyabrın 4-dən sonra keçiriləcək.
AZXEBER.COM-un TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Tarix tezliklə müəyyən ediləcək. Amma aydındır ki, bu, noyabrın 4-dən sonra olacaq", - agentlik rəsminin sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, konkret tarix "döyüş meydanındakı vəziyyətdən və ümumiyyətlə vəziyyətdən" asılı olacaq.
Daha əvvəl Polşanın Baş naziri Donald Tusk bildirmişdi ki, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ilkin olaraq noyabrın 4-ndə keçirilməsi planlaşdırılıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑