Dünya · Trend.az

Delsi Rodriqes İngiltərə Bankından Venesuelanın qızıl ehtiyatlarını qaytarmağı tələb edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Delsi Rodriqes İngiltərə Bankından Venesuelanın qızıl ehtiyatlarını qaytarmağı tələb edib xəbəri üçün şəkil

Bakı. Trend:

Venesuelanın səlahiyyətlərini icra edən prezidenti Delsi Rodriqes İngiltərə Bankından Bolivar Respublikasının qızıl ehtiyatlarını qaytarmağı tələb edib.

“İngiltərə Bankından qızılımızın qaytarılmasını tələb etməkdən imtina etməyəcəyəm. Bəhanələr axtarmağa son qoyun. Milli Assambleya (Venesuela parlamenti – TASS-ın qeydi) ilə 2015-ci il çağırışlı müxalif Milli Assambleya arasında razılaşma əldə olunub. Həmin razılaşmada Venesuelanın siyasi qüvvələri qızılın ölkəmizə qaytarılmasını tələb edirlər”, – deyə Rodriqes Nazirlər Şurasının iclasında bildirib. İclanın canlı yayımını Venezolana de Televisión telekanalı yayımlayıb.

Səlahiyyətlərini icra edən prezident Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa qızıl ehtiyatlarının qaytarılması istiqamətində tədbirlərə başlamaq tapşırığı verib. O vurğulayıb ki, İngiltərə Bankında saxlanılan qızıl Venesuela xalqına məxsusdur və ölkəyə qaytarılmalıdır.

İngiltərə Bankının anbarlarında Venesuelaya məxsus 31 ton qızıl saxlanılır. Onun təxmini dəyəri 4,8 milyard dollar təşkil edir. Qızıl ehtiyatları ətrafında mübahisə 2018–2019-cu illərdə, Böyük Britaniya, ABŞ və bir sıra digər dövlətlərin Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımaqdan imtina etməsi ilə başlayıb.

Bolivar Respublikasında daxili siyasi dəyişikliklər baş verməsinə və dövlət başçısının səlahiyyətlərinin Delsi Rodriqesə keçməsinə baxmayaraq, Böyük Britaniya ölkənin yeni rəhbərliyini tanımır və Venesuelaya qarşı tətbiq edilmiş sanksiyaları da əsas gətirərək qızıl ehtiyatlarını qaytarmaqdan imtina edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑